Azərbaycan millisinin futbolçusu Rahil Məmmədov karyerasını "Şəfa"da davam etdirə bilər. Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.
Premyer Liqaya vəsiqəyə qazanan komanda müdafiəçini heyətində görmək istəyir.
Hazırda tərəflər arasında danışıqlar davam edir. Yaxın günlərdə məsələyə aydınlıq gələcəyi gözlənilir.
Qeyd edək ki, Rahil Məmmədov son olaraq "Araz-Naxçıvan"ın formasını geyinib.