"Şəfa" növbəti transferini reallaşdırıb. Sport24.az xəbər verir ki, yeni mövsümdən Premyer Liqada çıxış edəcək komanda qapıçı Nicat Mehbalıyevi heyətinə qatıb.
Onunla 1 illik müqavilə imzalanıb.
Nicat Mehbalıyev son olaraq "Sabah"ın formasını geyinib və ötən mövsüm Misli Premyer Liqasının və Bizon Azərbaycan kubokunun qalibi olub.
Qeyd edək ki, 25 yaşlı qolkiper karyerası ərzində "Qarabağ"ın da üzvü olub. O, müxtəlif vaxtlarda icarə əsasında "Sumqayıt" və "Qəbələ"nın formasını geyinib.