Premyer Liqaya yüksələn "Şəfa"nın 3 futbolçusu ilə vidalaşıb. Sport24.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Qapıçı Əli Həsənli, müdafiəçi Zahid Mərdanov və yarımmüdafiəçi Emin Zamanovla yeni sözləşmə imzalanmayıb.
Qeyd edək ki, mövsümlərarası fasilədə "Sabah"la vidalaşan Nicat Mehbalıyev və "Kəpəz"dən ayrılan Rauf Hüeynli ilə ortaq məxrəcə gəlib.