Rahid Əmirquliyev  kapitanı“Səbail”də 100-cü çempionat oyununu keçirib. Sport24.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçinin yubileyi Premyer Liqanın XVI turuna təsadüf edib.

Belə ki “Qəbələ”yə 1:2 hesabı ilə uduzduqları səfər qarşılaşması Rahid üçün 100-cü matçla əlamətdar olub.

Əmirquliyev Bakı təmsilçisində 5-ci mövsümünü keçirir. O, bu müddətdə 1 qol vurub.

Maraqlıdı ki, millimizin sabiq yarımmüdafiəçisini debütü də Qəbələdə gerçəkləşib. Rahid 2018-ci il avqustun 12-dəki həmin görüşdə (0:3) meydana çıxıb.

Qeyd edək ki, Əmirquliyev “Səbail”in heyətində Premyer Liqada 100 oyuna çıxan ilk futbolçudur.