Futbol üzrə Azərbaycan Premyer Liqasının 26-cı turunun “Neftçi” ilə ev oyununda zədələnən “Səbail”in hücumçusu Rauf Əliyevin durumuna aydınlıq gəlib. Sport24.az xəbər verir ki, qonaq komandanın yarımmüdafiəçisi Mamadu Kane ilə toqquşmadan sonra başı yarılan 32 yaşlı futbolçu dərhal xəstəxanaya aparılıb.

Klubdan verilən məlumata görə, təcrübəli oyunçunun başına 3 tikiş qoyulub. Onun "Zirə"yə qarşı 27-ci tur matçında oynayıb-oynamayacağı bəlli deyil. (Report)

Qeyd edək ki, "Səbail"in 0:4 hesabı ilə uduzduğu görüşdə fasilədən sonra meydana daxil olan Rauf Əliyev 70-ci dəqiqədə Ruslan Hacıyevlə əvəzlənib.