"O hadisəni törədən bizim uşaq - fan-klubun üzvü deyil". Bu sözləri Sport24.az-a açıqlamasında "Səbail"in icraçı-direktoru Fərəc Əliyev söyləyib.

Məlumdu ki, "Kəpəz"in Misli Premyer Liqasının XX çərçivəsində dünən “Səbail”lə səfər oyununda azarkeşi bıçaqlanıb. Belə ki, Rahib adlı həmin azarkeş 1 saylı Kliniki Tibbi Mərkəzdə əməliyyat olunub və hazırda onun həyatı üçün təhlükə yoxdu.

Əliyev olayla bağlı fan-klublarının kuratoru ilə danışdığını diqqətimizə çatdırıb: "O dedi ki, bizim uşaqlar deyil. İndi polis tərəfindən araşdırılır. Bizə də maraqlıdı nəticəsi Amma ilk olaraq bunu deyə bilərəm ki, bunu edən bizim fan-klubun üzvləri deyil. Mən bilən o hadisə oyundan qabaq olub. Mənə dedilər ki, olay stadionumuz "ASCO Arena"dan 1 kilometr aralıda baş verib. 20-ci sahə dairəsindən bir az aşağıda olub bıçaqlanma. Soruşdum, dedilər ki. araşdırıb sizə xəbər edərik rəsmi olaraq. Amma dediyim kimi, fan-klubdan soruşanda, mənə cavab verdilər ki, bizimkilər deyil o hadisəni törədənlər".

Xatırladaq ki, matç "Səbail"in 1:0 hesablı qələbəsiylə nəticələib.

 

 

MEHMAN SÜLEYMANOV