"Aftandil Hacıyevin köməkçilərinin klubumuzdakı taleyi yeni baş məşqçinin gəlişindən sonra bilinəcək. Kimi istəsə, saxlacaq, kimi istəməsə, yox. Adətən yeni baş məşqçi gələndə, öz komandasıyla - köməkçiləri, həkimi və sairlə gəlir. Amma eləsi də var ki, tək gəlir, yaxud iki nəfər gətirir özüylə. Bir sözlə, yeni baş məşqçidən asıldı köməkçilərdən kimin qalması". Bu sözləri Sport24.az-a açıqlamasında "Səbail"in icraçı-direktoru Fərəc Əliyev detib.

Məlumdu ki, baş məşqçi Aftandil Hacıyevlə mövsümün bitməsinə az qalmış imzalanan yeni 1 illik müqaviləni sonradan pozan "dənizçilər" köməkçi məşqçilərin - Emin Ağayev, Yaşar Hüseynov, Vüqar Məmməd və qapıçılarla işləyən Fərhad Vəliyevin gələcək talelərinin necə olacağı sual doğurur. Maraqlıdı, onlardan yeni baş məşqçi təyinatını gözləmədən getdiyini rəhbərliyə bildirən varmı?. Əliyevi dinləyək: "Sözü açığı, heç biriylə danışmamışam. Çünki dünən heç vaxtım olmadı, bu gün danışmalıyam".

Mətbuatda "Səbail"də başməşqçi postuna namizədlərlə bağlı müzakirələr başlayıb ki, əsas 2 nəfərin - Tərlan Əhmədovla Mahmud Qurbanovun adı hallanır. Klub rəsmisi bunu belə şərh edib: "Sizə deyim də - bu dəqiqəyə Azərbaycanda yerli məşqçilərdən 4-5 nəfərdi ki, hansılar boşdu, qalanları hamısı iş başındadı. Ona görə hamı onları yazır da. Klub tərəfindən isə vəziyyət belədi ki, Müşahidə Şuramızın icası olacaq, orda namizədi dəqiqləşdirəcəyik. Açığı, baş məşqçi məsələsiylə dünən onunla məşğul idik, nə də srağagün".

Xatırladaq ki, Əhmədov 2 ildir işsizdirsə, Qurbanov I Divizionda keçən mövsüm çempion etdiyi "Neftçi-2"nin baş məşqçisidi.

 

 

MEHMAN SÜLEYMANOV