"Müşahidə Şuramızın iclasında belə qərara gəldik ki, baş məşqçi postunu Mahmud Qurbanova həvalə edək. Futbolçu kimi nailiyyətləri böyük idi, inanırıq ki, inşallah, məşqçi kimi nailiyyətlləri o qədər olar". Bu fikirləri Sport24.az-a açıqlamasında "Səbail"in icraçı-direktoru Fərəc Əliyev deyib. 

Onun sözlərinə görə, Aftandil Hacıyevlə müqavilə pozulandan sonra baş məşqçi vəzifəsinə gətirilən Mahmud Qurbanovla yanaşı, digər namizəd də olub: "Sözün açığı, başqa bir nəfər də vardı bu posta. Sadəcə, onun adını çəkmək istəmirəm. Çünki ad desək, bir az etik çıxmaz".

Əliyev Qurbanovla məşqçilər korpusu - köməkçilərdən kimi saxlamaq, kiminlə işləmək istəməsi ilə bağlı söhbətləşəcəyini diqqətimizə çatdırıb, O, yeni baş məşqçinin qarşısında duran məqsəddən də söz açıb: "Məqsəd gələn mövsümə odur ki, turnir cədvəlində nə qədər yuxarı yer tuta biilsək, bir o qədər də yaxşıdı. Yox, qabaqcadan qayıdıb deyə bilmərəm ki, məqsəd qoymuşuq mütləq Avropaya oynamaq lazımdı. Amma nə qədər yüksək yerlərə oynamağa bacararıqsa, bir o qədər yaxşı olar. Budcə də son mövsümə baxanda nisbətən yaxşı olacaq".

Xatırladaq ki, 49 yaşlı Qurbanov son olaraq I Divizionun çempionu etdiyi "Neftçi-2"də baş məşqçi olub.

 

 

MEHMAN SÜLEYMANOV