"Heyətlə bağlı məsələ baş məşqçiyə aiddi, bu haqda ona görək sual verəsiniz. Buna qarışa bilmərəm. Onun hər bir qərarını dəstəkləyirəm. Baş məşqçimiz Mahmud Qurbanov özü nəyisə dəyişmək istəsə, onu edərik, problem yoxdu". Bu fikirləri Sport24.az-a açıqlamasında "Səbail"i icraçı-direktoru Fərəc Əliyev deyib. 

Onun sözlərinə görə, komandanın gücləndirilməsi üçün qış fasiləsində transferlər mümkündü: "Baş məşqçiylə bu yöndə danışığımız olacaq. Onu istəyinə baxarıq. Mümkün olsa, əlbəttə, komandamıza yeni futbolçu götürərik. İmkan olsa, bəli, bunu həyata keçirərik".

Əliyev "Səbail"in yeni mövsümdə əyalətə köçürələcəyi haqda mətbuat gedən xəbəri də şərh edib: "Elə bir şey yoxdu. Şəhər qalmadı ki, bizi hara deyirlər köçəcəyik. Mingəçevir deyirdilər, indi hara deyirlər - Hacıqabul? Yoxdu elə bir söhbət. Bakıda qalırıq".

Xatırladaq ki, "Səbail" paytaxtın Bayıl qəsəbəsində məskunlaşıb.  

 

 

MEHMAN SÜLEYMANOV