“Səbail”in hollandiyalı sabiq futbolçusu Ayrton Stati maraqlı açıqlama verib. Sport24.az xəbər verir ki, Niderland mətbuatına danışan 27 yaşlı sol cinah müdafiəçisi, 2017-ci ilin yayında Azərbaycan təmsilçisindən “instagram” vasitəsilə təklif aldığını söyləyib:

“2017-ci ildə Azərbaycan klubu “Səbail”dən “instagram” vasitəsilə inanılmaz təklif aldım. Gedib oranı görmək üçün bilet göndərdilər. Mənimlə ulduz futbolçu kimi davrandılar. Orda həyat yaxşı idi. Mənə pulumu qaydasında, qəpiyinə qədər ödədilər”.

Stati 2017/18 mövsümündə “Səbail”in formasını geyinib. O, hazırda Niderlandda, “Kozakken Boys”da çıxış edir.