"Səbail" Premyer Liqamızda qış hazırlıq planlarına aydılıq gəlib. Klubun icraçı-direktoru Fərəc Əliyevin Sport24.az-a verdiyi məlumata görə, Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaqlar: "Bu, yanvarın 3-dən 17-dək baş tutacaq. Lara bölgəsindəki "Mirakl" otelində məskunlaşacağıq. Üç yoxlama oyunu keçirəcəyik. Bunlardan ilk 2-siin tarixləri bəllidi - yanvarın 8-i və 12-i. Üçüncü matç da bilinir, sadəcə, dəqiqləşdirməyiblər. Bildiyiniz kimi, Antalyada komanda çoxdu. Gözləyirik birinci onlar müqaviləyə qol çəksinlər, göndərsinlər, onda dəqiq bilib deyək. Hələ ki danışıq aparırıq. Ad çəkmirik, çünki yalan çıxar, birdən olmadı..."

Əlıiyev onu da vurğulayıb ki, yanvarın 3-də Bakıda yığışaraq dərhal Antalyaya yollanacaqlar. Legionerlər Vətənlərindən birbaşa Türkiyəyə gələcəklər. 

Xatırladaq ki, "Səbail" bu ilə dekabrın 24-da "Qarabağ"la ev matçıyla yekun vuracaq və qış fasiləsindən sonra ilk matçını bundan düz 1 ay sonra səfərdə "Şamaxı"yla keçirəcək. 

 

 

MEHMAN SÜLEYMANOV