Premyer Liqanın XXX turu çərçivəsində baş tutan "Kəpəz"lə oyunda hakimi təhqir edən "Səbail"in futbolçusu Adil Mehremiçin cəzası açıqlanıb. Sport24.az xəbər verir ki, 31 yaşlı müdafiəçi heç-heçə (3:3) bitən görüşün 90+3 dəqiqəsində qırmızı vərəqə aldığına görə AFFA İntizam Komitəsi tərəfindən ikisi şərti olmaqla 4 oyun diskvalifikasiya edilib.

 

Buna görə "Səbail"in 3000 manat cərimələnib.

 

Qeyd edək ki, cəzanın sınaq müddəti 3 ay təyin edilib.