Misli Premyer Liqasının XX turunda keçirilmiş "Səbail" - "Kəpəz" oyunundan sonra azarkeş bıçaqlanıb. Gəncə klubundan Sport24.az-a verilən məlumata görə, xoşagəlməz olay final fitindən sonra matçın oynanıldığı "ASCO Arena"nın yaxınlığında baş verib.

Belə ki, əvvəlcə komandanın fanatları arasında mübahisə düşüb. Tərəflər məsələyə aydınlıq gətirmək üçün stadiondan kənara çıxıblar. Bu zaman "Səbail"in tərəfdarlarından biri bıçaqla "Kəpəz" fanatına xəsarət yetirib. Nəticədə o, qarın boşluğundan xəsarət alıb və dərhal 1 saylı Kliniki Tibbi Mərkəz çatdırılıb. Yaralının həyati təhlükəsi yoxdu və durumu kafi qiymətləndirilir.

Hadisə ilə bağlı cinayət işi açılıb.

Qeyd edək ki, matç gəncələlilərin 0:1 hesablı məğlubiyyəti ilə nəticələnib.