21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası mayın 28-dən 30-dək Bakıda, mayın 31-dən iyunun 10-dək isə Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olacaq. Sport24.az xəbər verir ki, U-21 Türkiyədəki hazırlıq çərçivəsində iyunun 6-da Bəhreyn, 9-da isə Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı 2 yoldaşlıq oyunu keçirəcək.

 

"Sav" stadionunda baş tutacaq hər iki matçın Bakı vaxtı ilə saat 18:00-da başlaması nəzərdə tutulur.

 

1 Sadiq Məmmədzadə Difai
2 Səlim Həşimov Şamaxı
3 Rəvan Mirzəmmədov Sabah
4 Emin Rüstəmov Karvan-Yevlax
5 Elgün Dünyamaliyev Cəbrayıl
6 Raul Məmmədov Səbail
7 Ceyhun Bağırzadə Qəbələ
8 Əkbər Eyubov Mingəçevir
9 Ayxan Süleymanlı Sumqayıt
10 Eşqin Əhmədov Qəbələ
11 Qurban Səfərov Səbail
12 Tuncay Yusifli İmişli
13 Bilal İsmayılov Şamaxı
14 Nuğay Rəşidov Qəbələ
15 Emil Süleymanov Şamaxı
16 Qədir Ramazanov Qəbələ
17 Şahin Şahniyarov Qəbələ
18 Edqar Ədilxanov Şamaxı
19 Elyas Bağci Hertha (Berlin, Almaniya)
20 Yusif Mehtiyev Meşaxte (Gürcüstan)
21 Nahid Əliyev Şəfa
22 Lorenzo Mezzotero Sampdoriya (İtaliya)
23 Raul Süleymanov Hertha (Berlin, Almaniya)
24 Murad Məmmədov Neftçi
25 Nihad Əhmədzadə Sumqayıt