Misli Premyer Liqasında III dövrə başa çatıb. Sport24.az çempionatda ən çox oyun keçirmiş futbolçularla bağlı araşdırma aparıb.
İlk pillədə "Şamaxı"nın qapıçısı Rikardo Fernandes qərarlaşıb. 29 yaşlı portuqaliyalı qolkiper bütün matçları əvəzlənmədən keçirib.
Oyunçu 2430 dəqiqə meydanda olub. Onun komanda yoldaşı Rüfət Abbasov ikinci sıradadır. 19 yaşlı müdafiəçi 27 qarşılaşmada (2411 dəqiqə) iştirak edib.
Üçüncü sırada üç futbolçu yer alıb. Bunlar "Sumqayıt"ın müdafiəçisi Murad Xaçayev, "Araz-Naxçıvan"ın qapıçısı Kristian Avram və "Səbail"in müdafiəçisi Dmitri Litvindir. Hər biri 26 görüşdə 2340 dəqiqə meydanda olublar.