Bu gün Misli Premyer Liqasının 23-cü turu çərçivəsində daha iki oyun keçiriləcək. Sport24.az xəbər verir ki, günün ilk qarşılaşması bölgədə baş tutacaq.

 

Şamaxıda turnir cədvəlində qonşu olan komandalar üz-üzə gələcək. Bölgənin eyniadlı təmsilçisi "İmişli"ni qonaq edir. Hazırda aktivində 26 xal olan meydan sahibləri turnir cədvəlinin 8-ci, qonaqlar isə 21 xalla 9-cudur. 

 

Qeyd edək ki, oyunun start fiti saat 15:00-da səslənəcək.

 

Misli Premyer Liqası

III dövrə, XXIII tur

15:00. "Şamaxı" - "İmişli" 0:0

Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Tərlan Talıbzadə, Emin Əliyev
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Ceyhun Haşımov 
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Şamaxı. Şəhər stadionu.

 

"Şamaxı": 1. Rikardo Fernandes (k) 2. Abdulla Rzayev 82. Rüfət Abbasov 7. Edqar Adilxanov 9. Karim Rossi 10. Andrey Tirkoveanu 3. Vladislav Veremeyev 13. Rikardo Apolinario 4. Sezar Enrike 44. David Santos 8. Alfons Msanqa

 

Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 17. Rafael Məhərrəmli 80. Həbib İsmayılov 21. Bilal İsmayılov 27. Emil Süleymanov 97. Oruc Məmmədov 48. Ramiz Muradov 77. Nihat Mehralıyev 90. Davud Mənsumov 11. Dioqo Balau 19. Abdullahi Şuaybu

Baş məşqçi: Ayxan Abbasov

 

"İmişli": 33. Andrey Sinenka 19. Azər Salahlı (k) 5. İdris İnqilablı 94. Rafael Vieqaş 10. Nikola Karaklaiç 29. Edvin Banquera 14. Ronaldo de Souza 9. Dioqo Almeyda 23. Dioqo Rollo 17. Ezekiel Morqan 7. Luis Silvestr

Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev 21. Abbas Ağazadə 97. Xəzər Mahmudov 44. Həzrət İsayev 3. Tuncay Yusifli 30. Xəlil Mürsəlli 20. Nazim Hüseynov 79. Dioqo Kardozu

 

Baş məşqçi: Jorj Kaşkilya