"Qarabağ"ın daha bir futbolçusu avrokuboklarda qol hesabını açıb. Sport24.az xəbər verir ki, "Kayrat"la Konfrans Liqasının qrup mərhələsində Bakıda 2:1 hesabıyla xeyrimizə nəticələnən matçda qələbə topunun müəlliif olan Abbas Hüseynov qitəmqiyaslı turnirlərdə "siftə" edib. 26 yaşlı sağ cinah müdafiəçisi 90+1-ci dəqiqədə qələbə topuna imza atıb. 

Ümumiyyətlə, Abbas çox az qol vuran futbolçudu. Təsadüfi deyil ki, ardıcıl 5-ci ildi çıxış etdiyi Ağdam klubunda bunadək cəmi 1 qola imza atmışdı. Bu, 2019/20 mövsümündə - Premyer Liqanın VII turunda ev matçında idi. "Sabah"la 2019-cu ilin oktyabrın 6-da keçirilən görüş də Tofiq Bəhramov adına Respublika stadionunda olmuşdu, onda da Abbas son nöqtəni qoymuşdu. 50-ci dəqiqədə vurulan həmin qol "Qarabağ"ın 2:0 hesablı qələbəsini qeydə almışdı. 

Xatırladaq ki, bunadək Ağdam klubunda avrokuboklarda qol hesabını açan hücumçu Ramil Şeydayev yenə fərqlənib. Millimiizn hücumçusu bu dəfə sonradan meydana çıxaraq fərqlənib.