Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Sport24.az xəbər verir ki, iclasda Premyer Liqanın 24-cü turunun “Sabah” - “Neftçi” oyunu ilə bağlı da bir qərar çıxarılıb.

Belə ki, həmin oyunda “Sabah”ın rəsmi şəxsi Miloş Jevtic təhqiredici hərəkətə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılmışdı. Amma AFFA həmin vaxt bununla bağlı araşdırılma aparıldığını bəyan etmişdi. Artıq araşdırma başa çatıb. İntizam Komitəsinin qərarına əsasən, “Sabah”ın məşqçisi 5 oyunluq cəzalanıb. Klub isə buna görə 4000 manat cərimələnib.