"Sabah" baxışa Rusiyadan futbolçu dəvət edib. Sport24.az xəbər verir ki, bu, gənc müdafiəçi Nikolay Boçkodu.

O, Masazır təmsilçisinin baş məşqçisi Murad Musayevə "Krasnodar"dan tanışdı. Belə ki, həmin vaxt "Krasnodar-2"də çıxış edən 22 ya.lı sağ cinah müdafiəçisi Musayevin etimadını qazanarsa, "Sabah" onunla müqavilə imzalayacaq.

Onu da bildirək ki, "Krasnodar"ın yetirməsi olan Nikolay son dəfə "OİK Rostov"da çıxış edib.