Azərbaycan Premyer Liqasında çıxış edən daha bir komandanın avrokuboklara vəsiqə qazana bilməyəcəyi rəsmiləşib. Sport24.az xəbər verir ki, “Səbail” və “Qəbələ”dən sonra “Sabah”ın da növbəti mövsüm qitəmiqyaslı tunirdə olmayacağı dəqiqləşib.

XXVI tur çərçivəsində keçirilən “Zirə” – “Qəbələ” görüşünün nəticəsi “Sabah”ın olan-qalan şansının da üstündən xətt çəkib. Belə ki, öz meydanında qolsuz bərabərə qalan 4-cü pillənin sahibi “Zirə” ən yaxın izləyicisi “Sabah”la aradakı xal fərqini 10-a yüksəldib. Bu isə o demək idi ki, Ramin Quliyevin komandası son 3 turda qələbə qazansa belə, artıq ilk “dördlüy”ə düşə bilməyəcəkdi. Onu da bildirək ki, "Sabah" hələ ki avrokuboklara düşə bilməyib. 

Qeyd edək ki, “Neftçi” və “Qarabağ” avrokuboklara vəsiqəni rəsmiləşdiribsə, digər iki yerə “Sumqayıt”, “Zirə” və ölkə kubokunun finalçısı “Keşlə” iddia edir.