“Sabah” klubu 2020-ci il üçün maliyyə hesabatını açıqlayıb. Sport24.az xəbər verir ki, paytaxt təmsilçisinin rəsmi saytı vasitəsilə açıqladığı hesabatda gəlirlərin 6 271 066 manat, xərclərin isə 6 860 642 manat təşkil etdiyi vurğulanıb.

2019-cu ildə gəlirlər 6 234 500 manat, xərclər isə 5 836 530 manat təşkil edib. Başqa sözlə, cəmi 36 566 manat gəlir əldə olunduğu halda, klub 1 024 112 manat xərcə düşüb.

Xərclərdə ən böyük artım əmək haqlarında baş verib. 2019-cu ildə klub oyunçuların və digər əməkdaşların əmək haqqı və mükafatlandırılmasına 3 235 151 manat, 2020-ci ildə 4 273 288 manat, başqa sözlə, 1 038 137 manat sərf edib. Azalma isə sair əməliyyat xərclərində, xüsusən, reklam və marketinq xərcləri ilə daşınmaz əmlak və idman obyektlərinə çəkilən xərclərdə baş verib.