Misli Premyer Liqasının XIII turunun "Sabah" – "Kəpəz" oyununun biletləri satışa çıxarılıb. Sport24.az meydan sahiblərinin mətbuat xidmətinə istinadən xəbər verir ki, biletləri bu gündən etibarən "iticket.az" saytından (https://shorturl.at/ybZF5 ), həmçinin oyun günü "Bank Respublika Arena"nın kassalarından əldə etmək mümkündür.
Qeyd edək ki, "Sabah" – "Kəpəz" oyunu noyabrın 9-da, saat 19:30-da "Bank Respublika Arena"da keçiriləcək.