"Sabah" yeni mövsümdə Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək. Sport24.az xəbər verir ki, I təsnifatdan başlayacaq "bayquşlar" "spələnməmişlər" səbətində yer alacaq.
"Sabah"ın artıq bütün potensial rəqibləri məlumdur:
"Şemrok Rovers" (İrlandiya)
KUPS (Finlandiya)
"Drita" (Kosovo)
"Linkoln Red İmps" (Cəbəllütariq)
"Borats" (Bosniya və Herseqovina)
"Vikinqur" (İslandiya)
"Kayrat" (Qazaxıstan)
"Universitatya Krayova" (Rumıniya)
"Riqa" (Latviya)
"Klaksvik" (Farer adaları)
"Flora" (Estoniya)
"Nyu-Sents" (Uels)
"Larn" (Şimali İrlandiya)
"Petrokub" (Moldova)
Çempionlar Liqasının I raundunun püşkü iyunun 16-da atılacaq. Matçlar isə 9-16 iyul tarixlərində keçiriləcək.