Növbəti mövsümə hazırlığı Gürcüstanda davam etdirən “Sabah” bu gün Tiflis toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb.

Sport24.az xəbər verir ki, Ramin Quliyevin çalışdırdığı kollektiv yerli “Şukura” ilə üz-üzə gəlib.

Kobuleti təmsilçisi ilə görüş “Zestafoni” təlim-məşq bazasında baş tutub. “Sabah” bu oyundan minimal hesabla qalib ayrılıb.

“Sabah” iyulun 23-də “Samqurali”, ayın 28-də isə “Saburtalo” ilə də yoxlama oyunu keçirəcək.

Yoxlama oyunu
20 iyul

Sabah – Şukura 1:0
Qol: Xulio Rodriqes, 67.
“Zestafoni” təlim-məşq bazası.