"Sabah"ın yeni transferi Aden Makkartinin keçidi üçün ödəniləcək məbləğ müəyyənləşib. Sport24.az-ın Afrika mətbuatına istinadən verdiyi məlumata görə, Azərbaycan çempionu 21 yaşlı müdafiəçinin transferi üçün Cənubi Afrika Respublikasının "Kayzer Çifs" klubuna təxminən 500 min avro ödəyəcək.
Məlumata əsasən, tərəflər arasında razılaşdırılan müqavilənin müddəti 3+1 il olacaq. Belə ki, futbolçu əvvəlcə üçillik sözləşməyə imza atacaq, daha bir ilin artırılması isə klubun seçim hüququnda olacaq.
Bundan əlavə, "Kayzer Çifs" Aden Makkartinin gələcək transferindən əldə olunacaq məbləğin 10 faizini almaq hüququnu özündə saxlayacaq.
Qeyd edək ki, gənc müdafiəçi son mövsümdə "Kayzer Çifs"in heyətində çıxışı ilə diqqət çəkib və "Sabah"ın yay transfer hədəflərindən biri olub.