"Ximki" ilə müqaviləsinə xitam verən Kiril Pançenko karyerasını Azərbaycanda davam etdirə bilər. Sport24.az-ın əldə etdiyi məlumata görə, "Sabah" 35 yaşlı futbolçunun xidmətində maraqlıdı.

Futbolçunun atası Viktor Pançenko da Rusiya mediasına açıqlamasında oğlunun yanvarda Azərbaycana yollana biləcəyini istisna etməyib:

 

"İndi digər klublarla danışıqlar aparırıq. Amma bu, yeni il sirridir. Onun yaxın xaricə - Azərbaycan, Qazaxıstan və Özbəkistana getməsi istisna deyil. Digər variantlar da var. Amma hər şeyi ölçüb-biçməli, Kirillə müzakirə etməliyik".

 

Qeyd edək ki, Kiril karyerası ərzində "Dinamo" (Stavropol), "Nijniy Novqorod", "Mordoviya", "Tom", MOİK, "Dinamo" (Moskva), "Tambov", "Arsenal" klublarında, həmçinin 1 oyun keçirdiyi Rusiya millisində forma geyinib.