"Ayxan Abbasova mənə bu şansı yaratdığı üçün təşəkkür edirəm. Debüt etdiyim üçün sevincliyəm. Daha yaxşı olmağa çalışacam ki, milliyə layiq olum". Sport24.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Rüfət Abdullazadə jurnalistlərə açıqlamasında deyib.

Xorvatiyada legioner həyatı yaşayan futbolçu İslandiyaya 0:2 hesabı ilə uduzduqları matçla ilə bağlı fikirlərini bölüşüb:

"Mənə şans veriləcəyinə inanırdım. Millidə daha çox oyun keçirmək istəyirəm. Yaxşı mübarizə apardıq. Ən azı bir xal qazanmaq istəyirdik. Ayxan müəllim məşqlərdə bizi buna kökləmişdi. Azarkeşlərimizi Fransa ilə oyunda bizə dəstək olmağa çağırırıq. Fransanın gücü hamıya məlumdur. Mübariz komanda olsaq, yavaş-yavaş nəticələr gələcək. Legioner məşqçinin başçılığı altında millidə olmamışam. İlk dəfədir burdayam və abu-hava əladır".

Qeyd edək ki, Azərbaycan - İslandiya matçı qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.