Azərbaycan UEFA reytinqində xal ehtiyatını artırıb. Sport24.az xəbər verir ki, bu, "Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsində "Şkendiya" (Şimali Makedoniya) ilə oyundan sonra reallaşıb.

 

Səfərdə qələbə qazanan "köhlən atlar" ölkəmizin reytinqinə daha 0,250 xal əlavə edib. Bununla da Azərbaycanın son 5 mövsümdəki xalı 19,000-ə çatıb.

 

Ölkəmiz 28-ci yerdədir. 27-ci pillədə qərarlaşan Ukraynanın 19,225, 29-cu olan Rusiyanın isə 18,299 xalı var.