Azərbaycan Premyer Liqasının XVIII turu çərçivəsində “Sumqayıt”la səfərdə qolsuz bərabərliyə qalan “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, gənc mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb.

- Gərgin və maraqlı oyun keçdi. Hər iki komandanın futbolçularının mübarizliyini qeyd edərdim. Komandalar bir-birinə bələd idilər. İlk hissə daha gərgin keçdi. İkinci hissənin ilk yarım saatında biz daha üstün idik. Daha sonra Ayxan Abbasov dəyişikliklər etdi və son 10 dəqiqədə rəqib üstün oldu. Hesab ədalətlidir.

- Danışıq apardığınız kamerunlu futbolçunu sıralarınıza qatacaqsınız?

- O, artıq yoldadı. Bəli, bura gəldikdən sonra onu da sifariş edəcəyik. Bundan başqa da bir neçə futbolçu var ki, danışıq aparırıq.