Azərbaycan Premyer Liqasının XXI turu çərçivəsində səfərdə “Səbail”lə qolsuz bərabərliyə qalan “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, gənc mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb.

- Futbolçularıma təşəkkür edirəm. Xeyli problemə rəğmən, sonadək mübarizə apardıq. İlk yarıda üstünlüyümüz daha qabarıq görünürdü. Fasilədən sonra isə təşəbbüs gah bu, gah digər komandanın tərəfinə keçirdi. Bir xala uzulmuruk. Bu xalı qənaətbəxş sayıram.

- Sarı vərəqələr lə bağlı fikirləriniz...

- Sarı epizodlarında etiraz etdik. Amma şərh vermək istəmirik.

- Cəlal Hüseynovu nə vaxt komandanızın lideri kimi görəcəyik?

- Cəlal bizi sevindirir. Cari mövsümdə yetərincə şans qazanır. Mövqeyi səhv etməyə imkan vermir. Çalışıram ki, inkişafdan geri qalmasın.

- Bizim sürət niyə belədi? Bunu millinin sabiq kapitanı kimi cavablandırmağımızı istəyərdim.

- Daha keyfiyyətli futbol oynamaq üçün daha keyfiyyətli futbolçu lazımdı. Futbolçu özü yetişmir, onları yetişdirmək lazımdı. 90 dəqiqə yüksək tempdə oynamaq üçün buna pillə-pillə gəlmək lazımdı. Futbolçu 60 dəqiqədən sonra yorulubsa, bu, iki səbəbdən ola bilər. Ya futbolçunun fizikası zəifdir, ya da onu məşqdə yükləmisən. Meydanda gördüyünüz 90 dəqiqə son mərhələdi. Hesab edirəm ki, mütəxəssislərimizin əlində daha geniş imkan olsa, daha böyük işlər görə bilərlər.

 

 

CEYHUN ƏLİYEV