Milli komandamızın yoxlama görüşündə San Marinoya qarşı 2:1 hesablı qələbəsi ilə nəticələnən matçında həlledici qolun müəllifi Renat Dadaşov Sport24.az-ın Macarıstana ezam olunmuş əməkdaşı ilə fikirlərini bölüşüb:
"Əsas odu ki, qalib gəldik. İlk yarıda daha yaxşı oynaya bilərdik. Ümumilikdə pis oynamadıq, amma bundan da yaxşısına qadirik. Daha çox fərqlənməli idik. Ən uğurlu günümüzdə 5-6 qola da imza ata bilərdik. Ancaq bu gün üçün ən vacibi odur ki, qalib gəldik. Qol vurmağım da məni xüsusi sevindirir. Yeni tsikl öncəsi bu, məni əlbəttə ki, ruhlandırır. İndi özümə yeni yaxşı klub tapmalı və Millətlər Liqasınıa layiqincə hazırlaşmalıyam. Yeni komandam hansı olacaq? Buna hələ baxacağıq"
Qeyd edək ki, milli bu gün Vətənə qayıdır.
P.S. Jurnalistlərin Macarıstana səfəri AFFA-nın təşkilarçılığı və "Misli"nin dəstəyi ilə həyata keçib.