Region Liqasında cari mövsüm qrup mərhələsində yüzfaizli nəticəyə göstərən tək komanda "Füzuli" bu gün yoxlama matçı keçirib. Sport24.az xəbər verir ki, turnirin pley-off mərhələsinə hazırlıq məqsədilə I Divizion iştirakçısı "Neftçi-2"nin qonağı olan Vasif İsmayılovun komandası darmadağın olunub - 2:7.

Bakıxanov qəsəbəsində Türk Hava Yolları Futbol Mərkəzində keçirilən görüşdə həvəskar komandadan təcrübəli hücumçu Tural Qürbətov dubla imza atıb.