AFFA-nı keçirdiyi Region Liqasında final matçının vaxtı və məkanı açıqlanıb. Sport24.az xəbər verir ki, "Çinar-Zəngilan" - "Qusar" matçı Tovuzda keçiriləcəyi rəsmən təsdiqlənib.
Belə ki, görüş iyunun 4-də Tovuz şəhər stadionunda keçiriləcək və saat 16:00-da başlayacaq.
Onu da bildirək ki, 3-cü yer uğrunda "Marxal-Şəki" - "Arpaçay" (Naxçıvan) qarşılaşması mayı 27-də paytaxtda "ASK Arena"nda keçiriləcək. Oyunun start fiti saat 16:30-da veriləcək.