Region Liqasında növbəti mübarizəyə start verilib. Sport24.az xəbər verir ki, ilk oyun günündə maraqlı məqam diqqət çəkib.

Belə ki, hər 3 matçda qalib müəyyənləşməyib. Özü də bərabərliklərin hamısı müxtəlif hesablarla olub. "Cəbrayıl"ın startda səfərdə 21:0 hesabıyla darmadağın elədiyi "Davam"la evdə xal itirməsi gözlənilməz olub. Bu zonada komanda sayı az olduğuna görə artıq ikinci dövrə start götürüb. 

Turun mərkəzi matçı Mərkəz zonasında baş tutub. "Füzuli"nin evdə ən yaxın izləyici "İmişli"ni məğlub edə bilməyib.

Ən məhsuldar "sülh" isə Beyləqanda olub. Belə ki, komandalar hərəyə 3 qol vursa da, sonda 3 yox, 1 kifayətlənməli olub. 

 

Paytaxt və Şimal zonası

IV tur

B qrupu

"Cəbrayıl" - "Davam" (Bakı) - 1:1

"Şahdağ" (Quba) - 9 (3), "Cəbrayıl" - 7 (4), "İrəvan" - 3 (3), "Davam" - 1 (4)

 

Mərkəz zonası

V tur

"Füzuli" - "İmişli" - 0:0

"Mil" (Beyləqan) - "Araz" (Saatlı) - 3:3

"Füzuli" - 11 (5), "İmişli" - 8 (5), "Araz" - 7 (5), "Ağsu Siti" - 6 (4), "Mil" - 2 (5), "İsmayıllı" - 1 (4)