Region Liqasında IV tura start verilib. Sport24.az xəbər verir ki, debütant "Ağstafa" yenidən diqqəti özünə cəlb edib. Belə ki, bu komanda evdə "Gəncə"ni 6:1 hesablı darmadağınla yenib. Bununla da ağstafalılar 1 günlük də olsa Qərb və Şimal Qərb zonasında vahid lider olub.

Digər diqqətçəkən nəticə Cənub zonasında qeydə alınıb. Belə ki, bunadək bütün matçlarını uduzan "Qobustan" öz meydanında Masallı "Ərkivan"ını 2:1 hesabıyla məğlub edərək xal hesabını açıb.

Mərkəz zonasında da diqqətçəkən nəticə olub. Məsələ ondadı ki, "Ağsu Siti" bu mövsümdə 4-cü ev matçında da heç-heçə edib - bu dəfə "Araz"la 2:2. Halbuki, Samir İsayevin komandası startda Saatlıda böyük hesabla qalib gəlmişdi. Bu zonanın digər matçında "İmişl" Beyləqanda "Mil"i 2:1 hesabıyla yenərək ağsuluları turnir cədvəlində arxada qoyub və bu zonanın lideri olan "Füzuli"yə çatıb. Sadəcə, bu komandanın ehtiyatda matçı var və autsayder "İsmayıllı"yla bu gün görüşəcək.