UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Bakıda Avstriya “Rapid”ini 2:1 məglub olan “Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, Bakı təmsilçisinin baş məşqçisi əvvəlcə oyun haqda fikirlərini bildirib.

- Komandanı gözəl futbola görə təbrik edirəm. Güclü rəqibə qarşı oynadıq. Hesab edirəm ki, ilk dəqiqədən sonuncuyadək üstün tərəf biz idik. Futbolçulara müsbət nəticə qazanmalı olduğumuzu bildirmişdim. Səfərdə çətin olacaq. Son dəqiqədə qol buraxmağımızdan narazı qaldım. Çalışacağıq Avstriyadan da qələbə ilə qayıdaq. 

- Rəqibin zəif tərəfləri nədən ibarət idi?
- Onlara imkan vermirdik ki, oyunu arxadan qursunlar. Təəssüf ki, matçın sonunda o qədər də fəal deyildik. Beş futbolçu dəyişməli olduq. Yəqin ki, bu da təsir etdi. 

- Son dəqiqədə buraxılan qol səfərdə nə dərəcədə təsir edəcək?
- Bu, bizə təsir etməyəcək. Futbolçu, istənilən dəqiqədə qol buraxıla bilər. İlk 75 dəqiqədə kimi oynamağa çalışmalıyıq. 

- Bugünkü qələbə mərhələ adlamağa kifayət edəcək?
- Təhlil etməliyik. Konsentrasiya olmalıyıq, ölkə çempionatına da hazırlaşmalıyıq. 

- İlk “Aris” oyunu ilə müqayisədə, böyük fərq var. Bu tempimqorumaga nail olacaqsınız?
- Əlbəttə, bunu etməliyik. Üzərimizdə çalışmalıyıq ki, indikindən də yaxşı olaq. Əminəm ki, səfərdə də yaxşı şansımız olacaq.

- Heyət kasadlığı ilə çətin olmayacaq ki, əvvəlcə “Şamaxı”yla, sonra “Rapid”lə oynayasınız?
- İndi fikrim Şamaxı səfərinədi. Sonrasına baxarıq.

- Bu gün ən çətin nə idi?
- Hava ilə mübarizə aparmaq çox çətin idi.

- Məyus görünürsünüz. Son dəqiqə qoluna görədi bu?
- Mən sizləri məyus görürəm. Qələbə çox xoşdu. Bilirəm ki, bizi böyük təzyiq gözləyir. Ancaq oyunçularımın çox yaxşı mübarizə apardığını qeyd edərdim. Fanatlarimiz hər şeyin ən yaxşısına layiqdir.  Sizi əmin edirəm ki, qalib gəlmək üçün səfərdə hər şey edəcəyik.

- İlk 75 dəqiqədən razı qaldığınızı dediniz. Əvəzetmədən daxil edilən futbolçulardan narazı qaldınız?
- Mən sonradan oyuna daxil olan futbolçuları da başa düşürəm. Onlar əllərindən gələni etməyə çalışdılar. Sadəcə, komandamızda xeyli sayda ucaboy futbolçu var. Bu da belə havada onların yorğunluğunu şərtləndirir.

- Əvvəlki 3 oyun çox isti havada baş tutub. Avstriyada isə daha sərin hava olacaq. Deməli, fərqli “Neftçi” görəcəyik?
- Uzun müddət Avstriyada yaşamışam. Orda da bəzən yaman istilər olur. Ancaq ümid edirəm ki, daha mülayim hava şəraitində mübarizə aparacağıq. Təsəvvür edirsiniz, ən yaxşı fiziki hazırlıqlı olan Eddi belə yorulmuşdu. Bu da havadan irəli gələn məqamdır. Üstəlik, oyunun məsuliyyəti də təzyiqi  üzərimizə artırırdı. İki top fərqi yaratmağı bacarmışdıq. Ancaq bütün bunlar son 15 dəqiqədə ki yorğunluğumuzu şərtləndirdi.

- Bu oyundan sonra “Neftçi” favoriti?
- Xeyr, rəqib çox güclüdü. Biz səfər matçına 100 faiz hazır olmalıyıq. Onların fanatlarını da unutmayaq. Ancaq futbolçularımın hamısı qəlbini tam qoyduğunu qeyd etdikdə, yetirmələrinə sonsuz güvənirəm.