"Mənim üçün "Neftçi"də unudulmaz oyun Moskvadakı "Pünik"lə qarşılaşmadır". Bunu Sport24.az-a Peşəkar Futbol Liqasının (PFL) sabiq prezidenti və "Neftçi"nin keçmiş vitse-prezidenti Ramin Musayev deyib.

Musayev bu gün yaradılmasından 89 il keçən "Neftçi" ilə bağlı xatirələrini bölüşüb:

"Neftçi" Azərbaycan futbolunun tarixidir. Düzdür, indi flaqman bir az büdrəyir, amma yəqin ki, qarşıdakı illərdə "ağ-qaralar" yenidən zirvələrdə olacaq. Gələn il 90 illik yubileydir. Komandanın azarkeşlərə çempionluq hədiyyə etməsi çətin görünsə də, yerinə yetirilməsi mümkün olan missiyadır. Klubda çalışan reklam üçün yox, keyfiyyətə görə işləməlidir. 2004-2008 mövsümündə "Neftçi"də işləyirdik. İşçi qüvvəmiz cəmi 6-7 nəfər idi. Bura mətbuat katibi də daxildir. Bu gün isə klubda çalışanların sayı 40-dan çoxdur. Klubda çalışan komandanı sevməlidir, ümid edirəm onlar da "Neftçi"ni sevir. Sırf maaşa, pula görə işləyənlər heç vaxt komandaya xeyir verə bilməz".

Qeyd edək ki, Ramin Musayev "Neftçi"də 2004 - 2008-ci illərdə vitse-prezident vəzifəsində çalışıb. Daha sonra o, 2022-ci ilədək PFL-in prezidenti olub.