"Keşlə"nin düşərgəsində zədə epidemiyası baş alıb. Komandanın baş məşqçisi Sənan Qurbanov Sport24.az-a açıqlamasında birdən-birə 4 futbolçunun hazırlıq prosesindən kənarda qaldığını deyib: "Legionerlərimizdən Felipe Santosla Aldair Neto bunadək bunadək fərdi məşq edirdilər. Bildiyiniz kimi. Neto hələ qış fasiləsinə az qalmış zədələndiyindən son oyunları buraxdı. Santosda isə düşərgəyə qayıdandan sonra zədəylə əlaqədar problem yarandığından, fərdi məşqlərlə kifayətlənməli olurdu, Yoxlama matçında da onları oynatmadıq. İkisinin də zədəsi gözlədiyimizin əksinə ciddi oldu. Artıq fərdi məşq də edə bilmirlər. Yenə Aldair heç olmasa bunu yüngül edirsə, Felipeyə bu da olmaz. Zədələri getdikcə ağırlaşır, Santosa indi dincəlmək lazımdı".

41 yaşlı çalışdırıcı digər iki əsas heyət üzvündə problemin yeni yarandığını vurğulayıb: "Əsas qapıçımız Staslav Namaşko Moldova millisinin Antalyadakı təlim-məşq toplanışından zədəli gəlib. Aparıcı müdafiəilərimiz Şəhriyar Əliyev isə soyuqlayıb. Qrupə yoluxğundan o da məşqlərimizdən kənarda qalıb, xəstəliyini müalicə etdirir".

Xatırladaq ki. "Keşlə"nin qış fasiləsindən sonra ilk rəsmi matçını fevralın 1-də Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk matçı çərçivəsində "Qarabağ"la səfər görüşü olacaq.

 

 

MEHMAN SÜLEYMANOV