"Nicat Qurbanov bizimlə müqaviləsi var deyə məşqlərimizdə iştirak edir. Ancaq anlaşmasını ləğv etmək istəyirik". Bu fikirləri Sport24.az-a açıqlamasında "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov deyib.

İyulun 16-dan bir araya gələrək Konfrans Liqasına hazırlaşan Azərbaycan Kubokunun son qalibi xeyli futbolçu yollarını ayırdı ki, baş məşqçi Sənan Qurbanova yeni mövsümə lazım olmayanlardan biri də Nicat Qurbanovdu. Gənc mütəxəssisin sözlərinə görə, həmsoyadı olan 29 yaşlı cinah yarımmüdafiəçisinin onlarla hazırlıqda iştirak etməsi haqqında fikirlərini dəyişməsi anlamına gəlməməlidi: "Nicatla yola davam eləmək fikrimiz yoxdu. Müqaviləsi pozulacaq, yaxud icarəyə veriləcək - buna gedişatda baxacağıq. Bu yöndə klublarla danışırıq ki, hardasa oynasın. Hələ ki müvəqqəti bizimlədi. Komandayla məşqini edir formada düşməməsi üçün. Həm də "Keşlə"ylə müqaviləsi olduğuna görə bizimlə məşqlərə çxıır. Ancaq "Soçi"ylə hazırlıq dönəmində girəndə yəqin ki, Nicat bizimlə olmayacaq".

Futbolçu bizimlə söhbətdə "Keşlə"ylə bu ilin dekabrınadək müqaviəsinin olduğunu diqqətimizə çatdıraraq hələ ki burda olduğunu sözlərinə əlavə edi: "Komanda məşqlərə başladığından mən də məşqlərə başlamışam. Gələcəkdə necə olacağını deyə bilmərəm. Yaxşı, əlverişli təklifim olsa, əlbəttə, rəhbərliklə danışaraq razılaşıb getməyə çalışaram. Ancaq hələ ki komandadayam, heç bir başqa klubla danışığım olmayıb". .

Xatırladaq ki, Nicat keçən mövsümün qış fasiləsində Gürcüstanın "Samtredia" klubundan "Keşlə"yə keçib. 

 

MEHMAN SÜLEYMANOV