“Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Premyer Liqanın VIII turunda evdə "Qəbələ"yə 2:3  hesabıyla uduzduqları matçdan sonra mətbuat konfransı keçiri Sport24.az xəbər verir, gənc mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirib.

- Öz meydanımızda məğlub olmaq istəməzdik. Uğurlu seriya yaxalamışdıq. Çox bəsit qollar buraxdıq. Rəqibin təhlükəli hücum xətti var. Futbolçularla bu barədə danışmışdıq. Gözlədiyimiz epizodlardan qollar buraxdıq. Bizə yaraşmayan qollar idi. Daha aqressiv, kompakt olmalıydıq. Rəqib azlıqda qalandan sonra imkanları dəyərləndirə bilmədik. Hələ hər şey qarşıdadı. Bu oyunu analiz edib, “Zirə” ilə matça hazırlaşmalıyıq.

- Qapıçınızın aşağı səviyyədə çıxış etdiyini düşünmürsüz?
- Razıyam. Gözlədiyimizdən aşağı səviyyədə çıxış etdi. 3-cü qolu buraxacağını, elə səhv edəcəyini gözləmirdik.

- Bu mövqedə dəyişiklik edəcəksiz?
- Hər şey ola bilər. Bütün mövqelərdə rəqabət olmasını istəyərik. Gərək özünü toparlasın. Kamal Bayramov təcrübəli qolkiperdi. Onun oynadığını görə bilərik.