"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov ölkə futbolunda 3 oyunçunu xüsusi fərqləndirib. Sport24.az xəbər verir ki, 50 yaşlı mütəxəssis Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) “Məşqçilərimizi tanıyaq” layihəsində idman ictimaiyyətinin nümayəndələri ilə görüşdə bu haqda açıqlama verib. 

Qurbanovun sözlərinə görə, onunla birlikdə oynayan çox bacarıqlı futbolçu olub: "Həmin 3 nəfər Avropada istənilən komandada oynaya bilərdilər. Sanki Azərbaycana aid futbolçu deyildilər. Bu, Yunis Hüseynov, Vidadi Rzayev və Rəşad Sadıqov idi. Hərəsinin özünəməxsus özəlliyi var idi. Bəlkə də bu qabiliyyətə malik oyunçular Avropada yoxdur".