Azərbaycan Premyer Liqasının XXVI turu çərçivəsində səfərdə “Sabah” 4:0 hesabı ilə məğlub edən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, təcrübəli mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb.

- Futbolçularımı təbrik edirəm. Çox vacib oyun və qələbə idi. Bundan da önəmli o idi ki, tempi ilk dəqiqələrdən qaldıraq. İlk hissədə hər şey istəyimiz kimi alındı. Ramin Quliyevə uğurlar arzulayıram. Onun gəlişindən sonra işi hiss olunur. Sevinirəm ki, komandalarımızın başında yerli mütəxəssislər çalışır. Ot örtüyü də əla vəziyyətdə idi.

- Cempionluqla yanaşı bombardirlik mübarizəsi də gedir. Ancaq hesab 3:0 olarkən penalti Mahirə verilmədi...

- Mən futbolçudan bombardir olmasını tələb etmirəm. Ümumən bu futbolçuya da, komandaya da psixoloji təsir edə bilər. Bir dəfə icazə verməmişdim vurmağa penaltini, birində vermişdim. Qoy, futbolçu oyundan fərqlənməyə çalışsın.

- Medianın sarı vərəqə limitinə çatması vadar etdi ki, növbəti oyun planını cızmaq məqsədi ilə Rahili oyuna buraxdınız?

- Gələn oyuna hələ vaxt var. Mən ikinci sarı vərəqədən sığortalanırdım. İndidən deyə bilmərəm ki, “Keşlə”yə qarşı Rahil oynayacaq.

- Mahirin “Legiya” ilə anlaşdığı bildirilir...

- Belə bir şey olsaydı, biz də bilərdik. Hələlik mövsümün sonunu gözləyirik.

- Felipe Rayanın keçidi barədə nə deyə bilərsiniz?

- İndiki məqamda biz kiminləsə təmasa görməmişik. Bizə təklif edilən oyunçu sayı çoxdu. Amma biz hələ heç kimə təklif göndərməmişik.

- Qarabağ azad olunduqdan sonra “Qarabağ”a əvvəlki qayğı göstərilməyəcək...

- Ola bilər ki, torpaqlarımız işğal altında olduğu üçün insanlarda belə fikirlər formalaşırdı ki, bizi irəli çəkirlər. Ancaq bu, əsla belə deyil. Məgər torpaqlarımız azad olunduğu üçün bu torpağı unutmalıyıq? Əlbəttə ki yox. Bizim transfer etmədiyimiz deyilir, amma ümumiyyətlə, çətindi yaxşı oyunçu gətirmək. Rəhbərliyin nə qədər nəfəsi var, hər zaman bu komandanı qoruyacağını bildirir.

- “Qarabağ”ın maliyə hesabatında sponsorun maliyyə ayırmadığı göstərilib. Doğrudanmı bu belədi?

- Bu incəlikləri bilmirəm. Amma sponsor dəstəyi olmasa, biz ayaq üstə qala bilmərik.