"Özünə məxsus oyun tərzi olan komandaya qarşı mübarizə aparacağıq". Sport24.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Malmö" klubuna qarşı keçirəcəkləri UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun oyunundan öncə keçirilən mətbuat konfransında söyləyib.
"Öz meydanımızda ilk oyunumuzu keçirəcəyik. Özünə məxsus oyun tərzi olan komandaya qarşı mübarizə aparacağıq. Çalışdıq ki, komandanı oyuna yaxşı hazırlayaq",- deyən 52 yaşlı mütəxəssis bildirib ki, onları çətin qarşılaşma gözləyir.
"Qarabağ" – "Malmö" görüşü oktyabrın 3-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.