Azərbaycan Premyer Liqasının XXVI turu çərçivəsində evdə “Qarabağ”a 0:4 hesabı ilə məğlub olqn “Sabah”ın baş məşqçisi Ramin Quliyev mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, gənc mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb.
- “Qarabağ”ı təbrik edirəm. Rəqib bütün komponentlərdən bizi üstələdi. Zəif oynadıq. Qarşıdakı oyunlara hazırlaşacağıq.
- Qalib heyəti dəyişmələr axı...
- Ruslan Abışov son məşqdə özünü pis hiss etdi. Bu da onun kənarda qalmasını şərtləndirdi.
- Amin Seydiyevin sol cinah müdafiəçisi oynaması nə ilə əlaqədar idi?
- Dörd sol ayaq futbolçumuz sıradan çıxmışdı. 
- Sizin gəlişiniz sən sonra komanda xeyli yaxşılaşmışdı. Belə fikirlər var idi ki, sizi gələn mövsüm də saxlamaq labüddür. Düşünmürsünüz ki, bugünkü oyun şanslarınızın üzərindən xətt çəkdi?
- Bununla bağlı qərarı rəhbərlik verəcək.
- Avrokubok şansınız itib. Qarşıdakı oyunlara futbolçuları necə motivasiya edəcəksiniz?
- Futbolçuların əksəriyyətinin müqaviləsi bitir. Bu da özlərinin perspektivi baxımından özləri üçün önəmlidir.
- Təmkin Xəlilzadənin “Neftçi” ilə anlaşması barədə xəbərlər yayılıb...
- Bundan xəbərim yoxdu. Amma olubsa, bu, xoşagəlməzdi.
- Xəlilzadənin 4 oyunluq cəzasının 2 oyunadək endirilməsinin de Byazinin xahiş etdiyi bildirilir. Çünki o, millinin oyunçusudu və italiyalı oyun praktikasında korluq çəkməməsi üçün belə xahiş edib...
- Xeyr, biz Apellyasiya Komitəsinə müraciət etmişik və o, millinin üzvü olduğu üçün cəzasının 2 görüşü şərti xarakterə dəyişdirilib.