"Mahir Emrelinin komandamıza keçidində sabiq baş məşqçi Çeslav Mixneviçin də rolu olub. Mahir Çexiyanın "Slaviya" (Praqa) və Norveçin "Budyo Qlimt" klublarıyla görüşlərdə vacib qollar vurub və hücumda komandaya çox xeyir verir". Sport24.az xəbər verir ki, bu fikirləri Polşanın "Legiya" klubunun idman direktoru Radoslav Kuxarski yeni baş məşqçi Marek Qolebiyevskinin təqdimat mərasimində deyib.

O, yollarını ayırdıqları olşalı baş məşqçi Çeslav Mixneviçin millimizin hücumçusu Emrelinin transferinin gerçəkləşməsində önəmli xidmətinin olduğunu vurğulayıb: "Mahir Emreli və Joel Abu Hanna yayda bizə ilk qoşulan futbolçular oldu. Bu gün məni ötən mövsüm Polşa çempionluğu uğrunda mübarizədə həlledici rol oynamış futbolçuların formadan xeyli düşmələri narahat edir. Bunlar Tomaş Pexart, Filip Mladenoviç və Lukinyasdı. Bu oyunçular həmin qarşılaşmalarda hücum xəttində vacib rol oynayıblar. Bu gün elə bir vəziyyətdəyik ki, qollarımızı daha çox komandamızın ən gənc oyunçularından olan Emreli və Muçi vurur. Bu da mənim üçün sualdır".

Qeyd edək ki, daha əvvəl Polşa mətbuatında Emrelinin Mixneviçlə qalmaqal yaşaması haqda məlumat yer alıb. Bu da Mahirin yatıb qaldığı üçün baş məşqçisinin keçirdiy iclasa 45 dəqiqə gecikməsi ilə bağlıdı.