"Mən də mətbuatdan oxudum ki, bizim "Difai Ağsu" ilə oyunmuz barədə araşdırma aparılır. Ağsu təmsilçisində bu işlərlə kimlərin məşğul olduğunu deyə bilmərəm. Mənim komandamda isə belə hal ola bilməz, varsa belə onun da layiqli cəzalandırılması mütəlqdi". Bu sözləri Sport24.az-a açıqlamasında MOİK-in baş məşqçisi Qəzənfər Abbasov deyib.

 

Son günlər mətbuatda  MOİK – "Difai Ağsu" matçına şübhəli pul qoyuluşu edildiyi və bununla bağlı araşdırma getdiyi barədə məlumat yayılıb.  UEFA-nın oyunların toxunulmazlığı üzrə məsul nümayəndəsi Seymur Səlimli də mediaya açıqlamasında xəbəri təsdiq edib.

 

Xoşagəlməz olayla bağlı saytımıza açıqlama verən ordu klubunun çalışdırcısı bu işə qol qoyanları ciddi cəza alacaqlarına inandığını bildirib: " Əsas odur ki, PFL və AFFA rəhbərliyi və hüquq mühafizə orqanları bu məsələni nəzarətə götürüb və hazırda ciddi araşdırılma gedir. Bu işdə kimlərin ki, əli var ciddi cəzalanmalıdırlar. Futbolumuzdakı mikrobları dərindən təmizləmək lazımdı. Əgər MOİK-də belə mikroblar aşkarlansa, ən ağır cəzasını almalıdılar. Qarşıdakı günlərdə hər şeyə aydınlıq gələcək".

 


Çox təəssüf ki, "Difai Ağsu"nun nə rəhbərliyindən, nə də baş məşqçisisindən yaşananlara münasibət öyrənə bilmədik. Onlar susmağı lazım bildirlər.

ABDULLA İSMAYILOĞLU