"Qaradağ Lökbatan" 4 futbolçusu ilə yollarını ayırıb. Sport24.az-ın əldə etdiyi məlumata görə, I Liqa təmsilçisi qapıçılar – Əmrah Zülfüqarlı və Məmməd Qurbanovla vidalaşıb.

 

Bundan əvvəl isə xəbər veridiymiz kimi Murad Qayalı və Xəlil Bəşirov da qəsəbə təmsilçisinin düşərgəsini tərk etmişdi. Onların yeni klubu da artıq məlumdur. Hər iki futbolçu I Liqada çıxış edən "İmişli"yə üz tutub.