Azərbaycan Premyer Liqasının XIlI turu çərçivəsində səfərdə “Keşlə”ylə 2:2 hesablı bərabərliyə qalan “Səbail”in məşqçisi Vüqar Məmməd mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, 47 yaşlı mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb.

-  Hellikopter qəzasında həlak olan şəhidlərimizə Allah rəhmət etsin. İki fərqli hissə izlədik. Hesabda geri olsaq da, fasilədən sonra müəyyən dəyişikliklər etdik. Qələbəyə layiq bərabərlik əldə etdik.

- İlk yarıda niyə həmin futbolu sərgiləmədiniz?
- “Keşlə” ciddi rəqibidi. Bir sıra itkimiz də var idi. Rəqib komandanın futbolçusu qırmızı vərəqə aldıqdan sonra isə təşəbbüsə tam yiyələndik və istəyinizə çatdıq.