“Neftçi”nin hücumçusu Mirabdulla Abbasov klubun rəsmi saytına açıqlama verib.

Sport24.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 8-ci turunda qarşılaşdıqları “Zirə”nin qapısından qələbə topunu keçirməklə bu mövsüm ilk qolunu vuran futbolçu sevincini gizlətməyib:

“Qol vurub, komandamızın qələbəsində pay sahibi olduğum üçün çox şadam. Çox ağır oyun alındı. Həm bizim, həm də rəqibin qol epizodları oldu. Sevinirəm ki, sonda vacib 3 xalı “Neftçi” qazandı”.

“Necə düşünürsən, bu qoldan sonra start heyətində tez-tez yer ala biləcəksənmi?” sualına Abbasovun cavabı belə olub:

“Ümid edirəm ki, daha çox oynamaq şansı qazanacağam. Bunun üçün özümü yaxşı tərəfdən göstərməyə çalışacağam. Amma bu, məşqçinin qərarıdır və mən onun seçiminə hörmətlə yanaşıram”.

“Neftçi” “Zirə” ilə oyundan 2:1 hesablı qələbə ilə ayrılıb.