“Qəbələ”nin üç futbolçusu hazırlıqda iştirak etmir.

Sport24.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Rüfət Əhmədov komandanın Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışına qatılıb. Lakin hazırlıq prosesi müddətində “qırmızı-qaralar”ın düşərgəsində olan müdafiəçi fərdi məşqlərlə kifayətlənib.

Digər iki oyunçu zədədən sonrakı bərpa prosesini komandadan ayrı keçir. Toplanışa yollanmayan Ürfan Abbasovla Yaovi Akakpo bərpa dövrünü Bakıda gerçəkləşdirir.